1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk Ukrayna millisinə lazım olmadı
Ukrayna milli komandasının baş məşqçi postuna namizədlər açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (FFU) prezidenti Andrey Pavelko "Futbol 1" telekanalına açıqlama verib.
Onun sözlərinə görə, mümkün namizədlər sırasında Mirça Luçesku ("Şaxtyor"), Sergey Rebrov ("Dinamo" Kiyev) və Mirov Markeviçin ("Dnepr") adları çəkilib. Hazırkı baş məşqçi Mixail Fomenkonun istefaya göndərilmə məsələsinin hələlik gündəmdə olmadığını deyən FFU prezidenti vəziyyətin dəyişəcəyi təqdirdə, namizədlərin qısa siyahısını analiz edəcəklərini vurğulayıb: "Biz hamı ilə ünsiyyətdəyik. Hazırda federasiya klublarla iş prosesində makmimum açıqlıq nümayiş etdirir. Rebrov, Luçesku, Markeviç, habelə "Qəbələ"nin futbolçusu Vitali Vernidubun atası, "Zarya"da çalışan Yuri Vernidub, Vitali Kvartsyanı və digər mütəxəssislərlə danışıram. Yalnız ünsiyyət zamanı FFU üçün optimal qərarlar qəbul edə bilərik".
Qeyd edək ki, bu yaxınlarda "Sportanalytiс" portalı hazırda "Qəbələ"də çalışan Roman Qriqorçukun Ukrayna millisinin baş məşqçi postuna əsas namizəd olduğunu yazıb.