AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilmiş UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının nəticəsi açıqlanıb. Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, kursun yekununda 10 mütəxəssisə müvafiq lisenziya verilib.
Bunlar aşağıdakılardır:
Əzimov Novruz Şirin oğlu
Əhmədov Tərlan Musa oğlu
Həsənov Bəhmən Kərim oğlu
İbrahimov Etibar Nizami oğlu
Kavlak Fatih
Kərimov Aslan Səməd oğlu
Şükürov Adil Teymur oğlu
Villard Daril
Yoldaş Murat
Bağırov Azər Şahvələd oğlu
Qeyd edək ki, Tərlan Əhmədov (AZAL), Bəhmən Həsənov ("Rəvan"), Adil Şükürov ("Zirə") hazırda Premyer Liqada, Novruz Əzimov ("Bakı") isə I Divizionda çalışır.
Qyd edək ki, Pro kateqoriyalı məşqçi kursu 2014-cü il mayın 30-dan 2015-ci il mayın 8-dək davam edib.