
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ" klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionunun budəfəki rəqibi Çexiyanın "Vikoriya Plzen" komandası olacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Sportnet.az həmin matçdan canlı reportajı təqdim edəcək.
Qeyd edək ki, "Qarabağ" Avstriya topanışı çərçivəsində 3 sınaq oyunu keçirib. İlk görüşdə Ukrayna "Şaxtyor"una 0:2 hesabı ilə məğlub olan ağdamlılar, ardınca Rusiya "Krasnodar"ına da uduzub - 0:1. Üçüncü görüşündə Aəlmaniyanın regional liqa təmsilçisi "Burqhauzen"lə qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2:0 hesablı qələbə qazanıb.
20:00. "Qarabağ" (Azərbaycan) - "Viktoriya Plzen" (Çexiya) - 3:1
Qollar: Reynaldo Silva, 3. Leroy Corc, 27. Muarem, 71.
3' QOL. Reynaldo Diasın ötürməsindən sonra hesabı açdı - 1:0
13' Bu dəqiqələr topa nəzarət daha çox "Viktoriya"da olsa da, "Qarabağ"ın əks-hücumları daha təhlükəli olur
22' Reynaldonun 2 oyunçunu keçərək, zərbəsini qapıçı çətinliklə tuta bildi
27' QOL. Reynaldo iki futbolçunu keçərək topu Diasa, o isə Leroy Corca ötürdü. Sonuncu topu tək toxunuşla tora göndərdi - 2:0
"Qarabağ"ın təhlükəli epizodları bir-birini əvəzləyir
İlk yarı başa çatdı.
İkinci hissə başladı.
52'. Komandalar meydanın mərkəzi uğrunda mübarizə aparırlar.
66'. Çumbinyonuin zərbəsinə qapıçı reaksiya verə bilir .
70' Rəqib hesab arasındakı fərqi azaldır
71' QOL. Muarem "Qarabağ"ın 3-cü topunu rəqib qapısından keçirir.
90+3' Matç başa çatdı.