1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Braziliyalıların dueli, Qurban Qurbanovun əcnəbi rəqibləri
"İlin qalibləri" sorğu layihəsi
2015-ci ili yola salmaq üzrəyik. Yeni ilə düz 4 həftə qalıb. Hər il sona yaxınlaşdıqca diqqəti çəkən əsas məqamlardan biri ilin yekunlarıyla bağlıdır. Təbii ki, biz idman jurnalistlərini idmanla bağlı yekunlar daha çox maraqlandırır. Ardıcıl 3-cü ildir "İlin qalibləri”ni seçən İdman Araşdırmalar Mərkəzi (İAM) bu gündən seçimlərə başladı. Əslində, təşkilatın hər layihəsi bizim üçün maraqlıdı. Ancaq ilin qaliblərinə xüsusi marağın olduğu sözsüzdü. Çünki burada müxtəlif nominasiyalarda fərqlənənlər mükafatlandırılır.
Əvvəlki 2 illdən fərqli olaraq
2013-cü il dekabrın 18-də həyata keçirilən ilk layihəyə 34 KİV qatıldı. Onlar arasında keçirilən sorğu nəticəsində 7 nominasiya üzrə qaliblər "Qafqaz Baku City" otelində mükafatlandırıldı. 2014-cü ilin dekabrın 24-də olan növbəti sorğuda isə 41 KİV-in müəyyənləşdirdiyi 8 nominasiya üzrə qaliblər 2014-cü il "Demirchi Tower"də təltif olundular. Və budu, 3-cü sorğuya start verildi və "Facebook" sosial şəbəkəsində müzakirələr artıq başlandı. Bir çox həmkarlarımız konkret namizədlərini yazır, diskussiyalar gedir. Göründüyü kimi, qış fasiləsinədək olacaq tədbirə artıq indidən böyük maraq var.
İAM-ın Ekspert Komissiyasının təqdim etdiyi siyahıda hər şey ətraflı göstərilib. Seçim imkanı genişdir və ən əsası, namizədlərin il ərzində xidmətləri geniş şəkildə göstərilib. Ancaq əvvəli illərdən fərqli olaraq bu dəfə "İlin əcnəbi idmançısı", "İlin baş məşqçisi" və "İlin mətbuat katibi" nominasiyalarında respondentlər futbol və digər idman növləri üzrə 2 şəxsin, "İlin komandası" nominasiyasında isə eyni qayda ilə 2 komandanın adını göstərəcəklər. Digər növləri təmsil edənlərin əməyinin daha populyar olan futbol sahəsindəkilərin kölgəsində qalmaması üçün atılan bu addımı dəstəkləyirəm.
Hər halda futbol nə qədər böyük maraq kəsb etsə də, idman təkcə ondan ibarət deyil. Elşən Məmmədovda ən çox bəyəndiyim xüsusyyətlərdən biri də həmişə buna önəm verməsidir. Təbii ki, onun da bizlər kimi futbola böyük marağı var. Ancaq digər idman növlərinə də diqqət yetirən Məmmədov onları futbolla tərəzinin eyni gözünə qoyur. Əgər bu, yalnız futbol tədbiri olsaydı, o başqa məsələ. Ancaq əgər idmanda ilin qaliblərindən danışırıqsa, deməli, qeyri-futbol sahələrini də unutmamalıyıq. Beləliklə, respondentlər həmin 3 nominasiyada təkcə futbol yox, digər idman növləri üzrə namizədlərini də göstərməli olacaqlar. İAM-ın Ekspert Komissiyası sorğu yekunlaşdıqdan sonra verilən səslərə əsasən qalibləri müəyyənləşdirəcək. Təbii ki, onlar təşkil edilən tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
"Bakı-2015" və futbolda ilk dəfə qrupa düşmək
Siyahıda diqqətiçəkən bir məqam də sonda göstərilən ”digər”lərlə bağlıdır. Ola bilər ki, göstərilən namizədlər sizləri qane etmir və öz namizədiniz var. Heç bir problem yoxdur. Buyurun, həmin adamın adın və soyadını göstərməklə seçimizini edin. Təbii ki, həmin namizəd ilin qalibi olmağa layiqdirsə. 2015-ci idmanla bağlı yaddaqalan il oldu. Bu il uğurlarımız bol olduğundan, seçim imkanı genişdir. Sözsüz ki, Azərbaycan idmanı üçün ən böyük hadisə Bakı-2015 I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir. Azərbaycan bu yarışda 56 medalla komanda hesabında yalnız şəksiz lider Rusiyadan geri qaldı və 2-ci oldu. Təbii ki, bu tarixi yarışın qalibləri, mükafatçıları ilin idmançısı olmağa ən real namizədlərdir.
Onlardan digər mötəbər yarışlarda da fərqlənən, gələn il Braziliyada keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Olimpiadasına vəsiqə qazananlar daha şanslıdırlar. İdmanın "şah”ı sayılan futbolda da bu il yaddaqalan uğurlarımız oldu. Təbii ki, bu ilk növbədə iki klubumuzun birdən Avropa Liqasının qrupuna düşməyi oldu. "Qarabağ” bunu ardıcıl 2-ci mövsüm nail oldusa, "Qəbələ” həm tarixində ilk dəfə qrupa düşdü, həm də Azərbaycanın tarixində ilk dəfə qrupda 2 təmsilçisinin olmasına şərait yaratdı. Sözsüz ki, həm bu klublarımızı özləri, həm də təmsilçiləri müxtəlif nominasiyalarda qalib olmağa əsas iddiaçılardır.
Braziliyalıların dueli, Qurban Qurbanovun əcnəbi rəqibləri
"İlin əcnəbi idmançısı" nominasiyasında məhz qrupdakı təmsilçilərimizin braziliyalı liderləri – Riçard Almeydayla Luis Hilario Dodonun dueli maraq doğurur. "Qarabağ”ın "düşünən beyni” olan Riçard Almeydanın çempionluqda, Avropa Liqasında uğurlu çıxışda böyük rolu olub. Dodo isə "Panatinaikos”la Afinaldakı cavab pley-off matçında etdiyi dublla "Qəbələ”yə tarix yazdırdı, sonradan isə qrupda qollarının müəllifi oldu. "Qarabağ"ın digər əcnəbi lideri, Azərbaycan futbolu tarixində ilk dəfə yığmanın heyətində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan albaniyalı müdafiəçi Ansi Aqollini də hesabdan silmək olmaz. "Qarabağ"ın uğurlarında ən böyük əməyi olan baş məşqçi Qurban Qurbanov İAM-ın sorğusunda iki il dalbadal yeganə qalib kimi fərqlənir.
Komandaya ardıcıl 2-ci il çempionluq qazandıran, Avropa Liqasının qrupuna çıxaran, hazırda da lider edən 43 yaşlı mütəxəssis yenə qələbəyə əsas namizəddir. Ancaq Qurbanovun 3-cü qalibiyyəti uğrunda mübarizəsində ciddi əcnəbi rəqibləri var. İlin əvvəlində "Qəbələ”nin "sükanı arxası"na keçən Roman Qriqorçuk həmin vaxt turnir cədvəlinin ortalarında olan komandanı sonda bürünc medalçı etdi, ardından avrokuboklarda ilk dəfə mərhələ adlatmaqla, pley-offa kimi aparmaqla və ən nəhayət, qrupa çıxarmaqla tarix yazdı. Millimizin baş məşqçisi Robert Prosineçki də namizədlər arasında olmağa yaliqdir. Xorvatiyalı mütəxəssis ölkəmizdə fəaliyyətə Qriqorçuk kimi bu ilin əvvəlində başaldı və müsbət işi göz qabağında oldu. Hər halda, Prosineçki millimizin oyununun və nəticələrində əsaslı dönüşə nail oldu. Beləliklə, hər şeyi götür-qoy edərək seçimimizi edək. Necə deyərlər, qoy, güclülər qalib olsunlar!
Mehman Süleymanov