1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş katib səyahət gəmisində saxlanıldı
FİFA-dakı korrupsiya işi ilə əlaqədar növbəti həbslər olub. Sportnet.az-ın məlumatına görə, Qvatemala Futbol Federasiyasının baş katibi Hektor Truxilyo ABŞ-ın Florida şəhərində məzuniyyət vaxtı saxlanılıb.
Futbol funksioneri yerli vaxtla səhər saatlarında Port-Kanaveralda səyahət gəmisində ələ keçirilib. Daha öncə Peru Futbol Federasiyasının prezidenti Manuel Burqa, Honduras Futbol Federasiyasının prezidenti Alfred Xavit, Qvatemala Futbol Federasiyasının prezidenti Brayan Ximenes, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının prezidenti Xuan Anxel Napout də həbs olunub. Xavit və Napout həm də FİFA vitse-prezidentləridir. Ümumilikdə şübhəli şəxslər qismində 41 nəfərin adı hallanır.
Qeyd edək ki, FİFA tarixində ən böyük qalmaqal mayın sonlarında qurumun prezidenti seçkisinə 2 gün baş verib. Həmin vaxt ABŞ hüquq məhkəməsinin sorğusu əsasında İsveçrə polisi təşkilatın 7 üzvünü korrupsiyada şübhəli bilərək həbs edib.