"Bakı"nın Azərbaycan millisinin futbolçusu Rauf Əliyevin "Xəzər Lənkəran"a keçidi baş tutmayıb. Bu barədə Sportnet.az-a 25 yaşlı hücumçunun özü məlumat verib.
O, əyalət klubu ilə maliyyə məsələsində anlaşa bilmədiyini açıqlayıb. Əliyev bildirib ki, artıq özünə yeni komanda axtarışına başlayıb: "Hələlik heç bir iddialı klubdan təklif yoxdur. Məni heyətində görmək istəyənlərin təklifi real varianta bənzəmir. Bu gedişlə mən də Türkiyə I Liqasına üz tutacam. Hələ ki, transfer vərəqəm "Bakı"dadır".