Bakının "Rəvan" klubu radikal addım atıb. Vitse-prezident Bəhruz Şirəliyevin Sportnet.az-a verdiyi məlumata görə, klub məşqçilər heyəti və legionerləri ilə yollarını ayırmağa qərar verib.
Səbəb komandanın Topaz Premyer Liqasında sonuncu yeri tutaraq, I diviziona yuvarlanması olub. Şirəliyev hazırkı heyətlə aşağı liqada mübarizə aparmağa gərək duymadıqlarını bildirib: "Premyer Liqada sonuncu yeri tutduq. Növbəti mövsümdən I divizionda oynayacağıq. Düzdür, PFL prezidenti Ramin Musayev elitada komanda sayının artırılmasının mümkünlüyünü bildirib. Amma biz "Rəvan"a görə say artımını istəmirik. I diviziondan Premyer Liqaya vəsiqə qazanmaq üçün isə 11 legionerlə oynamağa ehtiyac yoxdur".
Şirəliyev klubun fəaliyyətini dayandıracağı barədə xəbərləri təkzib edib: "Bundan söhbət belə gedə bilməz. Növbəti mövsüm I divizionda layiqincə mübarizə apararaq, yenidən Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq. Eyni zamanda infrastrukturumuzu da genişləndirəcək, Qaraçuxur qəsəbəsindəki bazamızı tamamlayacaq, uşaq futbolu üçün şərait yaradacağıq".
Klub rəsmisi "Rəvan"ın son turlardakı çıxışından narazılığını da gizlətməyib: "Bu, çox üzücü haldır. Heç vaxt bu vəziyyətə düşməmişdik. Son oyunlarda çox fərqli oyun gözlədiyim halda, çıxışımız xeyli sönük təsir bağışladı. "Bakı"nı mütləq udmalı idik. Bundan böyük motivasiya ola bilər? Komandanın taleyi həll olunur".
Qeyd edək ki, "Rəvan"ın baş məşqçisi türkiyəli Güvenç Kurtar olub. Heyətdə isə Polşa, Estoniya, Slovakiya, Bosniya və Herseqovina, Braziliya, Sloveniya, Kamerun, Serbiya, Nigeriya və Argentinadan olmaqla, 11 legioner yer alıb. Əcnəbilərdən 2-si braziliyalı olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |