Avropa Liqasının ilkin təsnifat mərhələsində "Şiroki Briyeq"lə Bosniya və Herseqovinada keçirəcəkləri cavab oyunu öncəsi "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu jurnalistlər önünə çıxıb. Sportnet.az-ın məlumatına görə, konfrans zamanı bosniyalı jurnalistlərin suallarını cavablandıran rumıniyalı mütəxəssis növbəti mərhələyə yüksəlməyə çalışacaqlarını bildirib.
O deyib: "İlk matçda Qəbələdə 0:2 hesabilə məğlub olduğumuza görə cütün favoriti "Şiroki Briyeq"dir. Amma nəzərə alaq ki, rəqib hər iki qolu bizim səhvlərdən yararlanaraq vurdu. Oyunu ətraflı analiz etmişik. Sabah bu səhvləri təkrarlamadan və sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq. İtirəcək heç bir şeyimiz olmadığına görə əsasən hücumu düşünəcəyik. Rəqibimiz yaxşı təşkilatlanmış kollektivdir. Onların futbolçularından kimisə fərqləndirmək istəməzdim".

Qeyd edək ki, iyulun 10-da "Pekara" stadionunda keçiriləcək "Şiroki Briyeq" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.