1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kaxaber Tsxadadze: "Yeni hücumçu gətirməliyik"
Bakının "İnter" klubu Avrova Liqasının I təsnifat mərhələsində Moldova "Tiraspol"u ilə keçirəcəyi cavab oyunu öncəsi məşqə çıxıb. Sportnet.az-ın məlumatına görə, məşq öncəsi paytaxt komandasının baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb.
Gürcüstanlı mütəxəssis səfərdən 3:2 hesablı qələbə ilə dönmələrinə rəğmən, Bakıdakı oyunun çətin olacağını bildirib: "3:0 hesabı ilə öndə olduğumuz bir oyunda qapımızda 2 qol gördük. Həmin görüşün video icmalını izləmişik və analiz etmişik. Harada səhvlərə yol verdiyimizi müzakirə etmiş və müəyyənləşdirmişik. Artıq bu barədə futbolçularla da söhbət etmişik. İndi komandanı sabahkı oyuna kökləmək lazımdır. Ümid edirəm ki, cavab oyunu bizim üçün uğurlu olacaq və sərfəli nəticə qazanacağıq".
46 yaşlı mütəxəssis mərhələ keçəcəyi təqdirdə "bankirlər"ə rəqib olacaq İsveç "Elfsborq"unu izləmədiklərini deyib: "İlk oyun geridə qalıb. Ancaq qarşıda daha bir 90 dəqiqə var. Əsas olan odur ki, səhv edib qapımızda qol görməyək".
"İnter"in baş məşqçisi məşqdə zədələnən Elvin Məmmədov barəsində də danışıb: "Elvin zədəlidir, ancaq bizdə onu əvəz edə biləcək futbolçular var. Elvin ilk görüşdə yaxşı oynadı və bütün potensialını bizə göstərdi. O da tezliklə sağalıb komandaya qoşulacaq".
"Tiraspol"un ermənistanlı futbolçusu Artyom Xaçaturovun Bakıya gəlməməsinə münasibət bildirmək istəməyən Tsxadadze heyətə yeni hücumçunun cəlb olunacağından söz açıb: "İlk növbədə heyətə yeni hücumçu gətirməliyik. Artıq bu barədə rəhbərliklə də söhbətimiz olub. Hücumda çoxlu səhvlər edirik və buna yol vermək lazım deyil".