
Avropa Liqasının II təsnifat mərhələsində Sloveniya "Koper"i ilə qarşılaşacaq "Neftçi" açıq məşqə çıxıb. Sportnet.az-ın məlumatına görə, məşq prosesini izləyənlər arasında klub prezidenti Sadıq Sadıqov da var.
Azərbaycan Kubokunun sahibinin matçöncəsi son məşqini Sadıqov vitse prezident Tahir Süleymanovla birlikdə izləyir. O, baş məşqçi Böyükağa Hacıyevlə də söhbət etməyə imkan tapıb.
Qeyd edək ki, "Neftçi" - "Koper" qarşılaşması sabah saat 20:00-da start götürəcək.