"Orta sabit Avropa klubunda büdcənin 60-65 faizi əmək haqqına sərf olunur. Azərbaycan klublarında isə bu rəqəm 25 faizdir. Bu isə onu göstərir ki, klublarımızın büdcələri şəffaf deyil". Sportnet.az-ın məlumatına görə, bunu 22 iyul Milli Mətbuat günü münasibətilə jurnalistlərlə görüşündə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O qeyd edib ki, klublara dəfələrlə müraciət etmələrinə baxmayaraq, əmək haqlarının dəqiq məbləğini ala bilmirlər. Nəticədə futbolçuların maaşı ya agentlərdən, ya məşqçilərdən, ya da müəyyən klub rəsmilərindən alırıq".
Məmmədov artıq UEFA-nın da klublarda maliyyə "Fair play"inə ciddi diqqət ayırmağa başladığını xatırladaraq, yaxın 2 il ərzində Azərbaycana auditin göndəriləcəyini açıqlayıb: "İndiyədək ölkəmizə audit göndərmirdilər, amma nöbvəti illərdə göndərəcəklər. Bəlkə bu, klublarımızın şəffaf sistemə keçmələrinə kömək edər. Amma klublarımız üçün müsbət hal odur ki, onlar kredit götürmürlər. Nəticədə Avropanın əksər klubları kimi borcları yaranmır".
Baş katib, həmçinin özü kimi klub rəsmilərini də jurnalistlər önündə sualları cavablandırmağa çağırıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |