Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze Avropa Liqasının II təsnifat mərhələsində İsveçin "Elfsborq" komandası üzərində qazanılan qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis komandasının yaratdığı çoxsaylı qol imkanlarından yararlana bilməməsini faciəyə çevirməyib.
Tsxadadze "bankirlər"in İsveçdə 1:0 hesablı qələbəsini uğurlu nəticə hesab edib: "Hesab edirəm ki, qələbəyə layiq oyun göstərdik. Nəticə bizi qane etdi. Ancaq unutmayaq ki, qarşıda daha bir 90 dəqiqə var. Komandamız çoxsaylı qol imkanları yaratsa da, cəmi birindən istifadə edə bildi. Futbolçuları qınamaq fikrim yoxdur. Belə imkanlar əldə etdikdə psixoloji cəhətdən rəqib qapısının torunu silkələməyə hazır olmalısan".
"İnter"in baş məşqçisi azarkeşlərə də səsləndi: "Moldova Tiraspol"u ilə Bakıdakı görüşdə azarkeşlərimiz bizi tək buraxmadı. Hətta yenik duruma düşdükdə də bizə dəstək oldular. Həmin qələbədə onların da payı var. Bu gün də fanatlarımız yanımızda oldular. Ancaq Bakıda baş tutacaq təkrar qarşılaşmada da onların dəstəyinə ehtiyacımız var. Onları 1 həftə sonra "Şəfa"da baş tutacaq görüşə dəvət edirəm".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |