
Ermənistan artıq idmanı da siyasətə qatmağa başlayıb. Sportnet.az-ın məlumatına görə, Balkan Atletika çempionatına ev sahibliyi etmək üçün müraciət edən Ermənistan Türkiyədə yerləşən Ağrı dağını və orada olan İshakpaşa Sarayını öz tanıtımında nümayiş etdirib.
Bu addım təkcə türkləri deyil, digər ölkələri də əsəbiləşdirib. Türkiyə tərəfi isə ermənilərin bu addımını cavabsız qoymayıb. Qardaş ölkənin Atletika Federasiyasının prezidenti Fatih Çintimar oktyabrda İstanbulda keçirilməli olan növbəti yarışı Ağrı bölgəsinə salıb. Məkan dəyişikliyi ilə bağlı qonaqların əlavə xərclərini də federasiya öz üzərinə götürüb.
Bununla kifayətlənməyən qurum çempionun mükafatlandırma mərasiminin İshakpaşa sarayında təşkilinə qərar verib.