Bunlardan 2-si qızıl, 6-sı gümüş, 3-ü isə bürünc olub. Qızıl medalları sərbəst güləşçilərimiz Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85) əldə edib. Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında komandamıza gümüş medal qazandırıblar. Yunan-Roma güləşçisi Seymur Hüseynov (46), İslambek Dadov (69 kq) və qadın güləşçimiz Türkan Nəsirova isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq 2-ci nəticə göstəriblər. 2 qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə komanda hesabında 5-ci pillədə qərarlaşıb.