
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşmadan öncə baş məşqçi QUrban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Qurbanov bunları bildirib:
"Bizi çətin oyun gözləyir. Bilirik ki, böyük Avropa təcrübəsinə malik komandaya qarşı oynayacağıq. Biz buna baxmayaraq, mübarizə aparacağıq, sürətli futbol oynayacağıq. Bunun sabah da şahidi olacaqsınız. Diqqətli analizlər etmişik, yaxşı formada olan komandaya qarşı çıxış etməliyik. Komanda çempionata əla başlayıb. Rəqib futbolçular Avropanın diqqət mərkəzindədir, ona görə də var gücləri ilə oynayacaqlar. Bütün bunlara baxmayaraq, biz öz hazırlığımızı görmüşük. Bukmeyker kontorları rəqibi bizdən daha şanslı sayır. Lakin biz buna önəm vermirik. Diqqətimiz ancaq rəqibdə olmalıdır və öz motivasiyamızı itirməməliyik. Futbolçularımız optimal vəziyyətdədir. Maksim Medvedev, Reynaldo və Rəşad Sadıqov optimal formalarını yığıb və komandayla birgə məşq edirlər".
Bundan başqa təcrübəli mütəxəssis oyunöncəsi məşqə çıxamamaqlarının səbəbini də açıqlayıb: "Sabah səhər yüngül məşq edəcəyik. Bu gün isə komandaya istirahət vermək qərarına gəldim. Buna görə də bu gün məşq olmayacaq. Bu gün oyunçularımızın ustalıq səviyyəsi daha yaxşıdır. Futbolçularımız daha təcrübəldiir. Rəqibimiz də daima güclü rəqiblərə qarşı oynayıb. Düşünürəm ki, "Zalsburq”un bir neçə futbolçusu yaxın illərdə Avropanın ən güclü klublarında çıxış edəcək. "Zalsburq” bizə "Borussiya”nə xatırladır. Futbolçularımızn rəqibin qarşısını almağı bacaracaq".