
Amma bu arenada da təhlükəsizliyə əməl etmək mümkün olmayıb. İkinci hissə başlamamışdan öncə "Dnepr" azarkeşləri qonaq komanda fanatlarına hücum edib. Bununla kifayətlənməyən ukraynalı tərəfdarlar təhlükəsizlik xidməti əməkdaşlarına da əl-qol atıblar. Fanatlardan biri hadisəyə "Kopenhagen" azarkeşlərinin tribunada Rusiya bayrağı nümayiş etdirmələrini səbəb göstərib. Olayla əlaqədar matçın ikinci hissəsi 15 dəqiqə gec başlayıb.
Qeyd edək ki, oyun qolsuz başa çatıb - 0:0.