
Hazırda "Neftçi" və Gürcüstan "Çixura"sı arasında davam edən Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda iki komanda azarkeşləri arasında insident baş verib. Sportnet.az-ın məlumatına görə, ilk yarının sonlarında münaqişə tərəflərin bir-birinə su qabı atması ilə müşayiət olunub.
Konflikt polislərin araya girməsi ilə aradan qaldırılıb.