Mirça Rednikin "Xəzər Lənkəran"ın baş məşqçi postuna qayıdışının ləngimə səbəbi müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, klubun fəxri prezidenti Mübariz Mənsimov rumıniyalı mütəxəssisin yenidən bu vəzifəyə təyin olunmasını istəmir.
Daha dəqiqi, fəxri prezident namizədlər arasında məhz Rednikə üstünlük verilməsini qəti deməyə tələsmir. Onun hansı səbəbdən belə mövqe ortaya qoyduğu məlum deyil. Bu yaxınlarda "Xəzər Lənkəran"ın azarkeş qruplarının klubun sahibinə onu yumşaltmaq üçün müraciət ünvanladıqları bildirilir.
Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu Sportnet.az-a bildirib ki, hazırda "Xəzər Lənkəran" Rednikdən əlavə, əvvəlki baş məşqçi Mustafa Dənizlinin köməkçisi Oğuz Çətinlə də danışıqlar aparır. Yeni baş məşqçi məhz bu iki mütəxəssisdən biri olacaq. Amma hansı təyinatın gerçəkləşdiriləcəyinə dair qərarı Mübariz Mənsimov verəcək: "Çox güman ki, iyunun 1-dək yeni baş məşqçimiz müəyyənləşəcək".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |