Əmircanov bütün diqqətini futbola ayıracağını bildirib: "Meyxana zad nədi, qaqa? Meyxananın başını buraxmışıq, getdi. O məsələ oldu, bitdi. Yüngülvari nəsə etdik, hamı başladı ondan danışmağa. Daha meyxananı-zadı qırağa qoyub, futbol oynamaq lazımdır. Qarşıdan Avroliqa oyunları gəlir. Meyxana daha qaldı qıraqda. Onu, qoy, meyxanaçılar desin də. Artıq meyxananı tərgitmişəm, deyə bilmirəm".
Qeyd edək ki, əvvəllər Ruslan Əmircanov "Qəbələ"dəki komanda yoldaşı və Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə meyxana deyib.
Elmar VƏLİYEV