15 yaşadək futbolçular arasında keçirilən "III Qəbələ Kuboku”nun qrup
mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" komandası tarixində ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanıb.
Stenli Brardın rəhbərlik etdiyi akademiyanın yetirmələri A qrupundakı son tur matçında İngiltərə "Liverpul"u ilə 2:2 hesablı heç-heçəyə nail olaraq, xallarını 4-ə çatdırıb. Nəticədə komandamız qrupu ikinci pillədə başa vurub. Keçirdiyi hər 3 oyundan qələbə ilə ayrılan "Fənərbağça" isə qrup qalibi olub.
Yarımfinalda "Qəbələ" B qrupunu lider kimi başa vuran Belçika "Anderlext"i ilə, "Fənərbağça" isə Avstriya "Rapid"i ilə üz-üzə gələcək.
Qeyd edək ki, III Qəbələ Kubokunda Azərbaycanın daha bir təmsilçisi "Neftçi" hər 3 oyununu məğlubiyyətlə başa vuran yeganə komanda olub.
30
May
A
qrupu
"Qəbələ” – "Liverpul” 2:2
Qollar: Fərid Nəbiyev, İlkin Abdullayev - Okea Simons (2)
"Fənərbağça” - "Udineze” 2:0
Qol: Berkay Sefa, Tarik Zorlukol
B qrupu
"Rapid” – "Lokomotiv” 3:0
Qol: Patrik Obermüller (2), Denis Yetiçi
Qol: Françesko Antoniko
Keçirilən oyunlardan sonra xal durumu:
Pley-off matçları
18.30. "Fənərbağça" - "Rapid"
19.40. "Anderlext" - "Qəbələ"
21.00. "Udineze" - "Neftçi"
21.00. "Lokomotiv" - "Liverpul"