
Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının ilk turunda "Rabitə”yə məğlub olan "Azərreyl” klubunun baş məşqçisi Vüqar Əliyevin Sportnet.az-a müsahibəsi...
- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Bizim voleybolçular cavan və təcrübəsizdirlər. Komandamızda yalnız iki
təcrübəli oyunçu var, amma "Rabitə” klubu kifayət qədər oyun praktikası yüksək
olan oyunçulara sahibdir. Zaman keçdikcə biz də əvvəlki kimi oynayacağıq.
- Yeni mövsümdə klub olaraq həm Avropada,
həmdə milli çempionatda hədəfləriniz nələrdir?
- "Azərreyl" həmişə birinciliyə oynayan komandadır. Məqsədimiz
iştirak etdiyimiz hər turnirdə qalib gəlməkdir. Bu gün pis oynamağımıza
baxmayaraq, növbəti oyunlarda gücümüzü bərpa edəcəyik.
- Heyətdə olan oyunçularınızın gücü bu
məqsədlər üçün kifayət edəcək?
- Xeyr, oyunçularımız yetərli deyil, heyətimizdə olan voleybolçular gənc
olduqlarından, zəif çıxış edirlər. Amma çox çalışmaqla və oyun praktikası
yığaraq əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Çünki başqa çarəmiz də
yoxdur.
Orxan QASIMLI