Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük
Dəbilqə” turniri davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün milli komandamızın daha 4
idmançısı mübarizəyə qoşulub.
90 kq
çəki dərəcəsində 2 həmyerlimiz tatamiyə
çıxıb. Ramin Qurbanov iordaniyalı İbrahim Xalafini mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə o Tot Kristiana (Macarıstan) məğlub olub.
Məmmədəli Mehdiyev (90 kq) isə portuqaliyalı Selio Diası məğlub edib. Daha sonra serbiyalı Aleksandr Kukolja qalib gələn cüdoçumuz növbəti mərhələdə hollandiyalı Van End Noelə məğlub olub. Təsəlliverici görüşdə o ilk rəqibi Milan Randlomu (Slovakiya) məğlub etsə də, isveçrəli Kiril Qrosklausa məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmar
Qasımov (100 kq) isə rusiyalı Mixail Kosyaşnikovdan güclü olub. Daha sonra İvan Remarenkonu (BƏƏ) da məğlub edən cüdoçumuzun yarımfinaldakı rəqibi almaniyalı Karl-Rixard Frim olub. Burada o rəbinə məğlub olaraq şansını bürünc medala saxlayıb. Lakin burada o Bouyakob Layesə (Əlcəzair) də məğlub olaraq 5-ci pilləni tutub.
Uşanqi Kokauri (100+ kq) isə Mixal
Horaka (Çexiya) qalib gəlsə də, növbəti mərhələdə o rusiyalı Renat Saidova uduzub.
Qeyd edək ki, iki gündən sonra millimizin aktivində 4 medal var. Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar Müşkiyev (60 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanıblar.