Tehranın
"Azadi” (Azadlıq) idman kompleksində keçirilən kişilərdən ibarət İran – İtaliya
voleybol matçına baxmağa cəhd edən Qönçə Qavami adlı xanım həbs olunub.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı xanım fanat buna etiraz əlaməti olaraq
aclıq aksiyasına başlayıb.
Qavami
ilə birgə həbs olunan Britaniya vətəndaşı olan xanım fanat da aclıq aksiyasına
qoşulub. Qönçə Qavaminin qardaşının bildirdiyinə görə, onlar nə su içmirlər, nə də
qatı qida qəbul etmirlər. Bu yolla onlara qarşı edilən haqsızlığa öz
etirazlarını bildirirlər.
Britaniyalının vəkili Əlizadə Tabatabainin bildirdiyinə görə, məhkəmə heç bir səbəb göstərmədən onlara 1 il azadlıqdan məhrum etmə cəzası kəsib.