Qadın voleybolçulardan ibarət "Azərreyl” klubu bu gün Avropa kuboklarında yeni mövsümə start verib. Sportnet.az-ın məlumatına görə, Çelenc Cup turniri çərçivəsində komandamız ll təsnifat mərhələsindən yarışa qoşulub.
Rəqib nominal ev sahibi Avstriya təmsilçisi "Ti Meraner Volley (İnsbruk) olub. "Azərreyl" ilk qarşılaşmada rəqibini asan məğlubiyyətə uğradıb. İlk setdə 10 xallıq fərqlə qalib gələn komandamız, ikinci seti də aktivinə yazıb. Üçüncü setdə də əziyyət çəkməyən voleybolçularımız qələbəni bayram ediblər.
Qeyd edək ki, razılaşmaya əsasən hər iki qarşılaşma Bakıda keçiriləcək. İki gün ərzində baş tutacaq qarşılaşmaların
hakimləri də eyni olacaq. Oyunları estoniyalı Kristian Vanaveski ilə
xorvatiyalı Boyan Bardiç idarə edəcək. İlk görüşdə nominal ev sahibi Avstriya
təmsilçisi olub.
"Çelenc Cup”
II təsnifat mərhələsi, ilk oyun
11 noyabr
18:00. "İnsbruk” (Avstriya) – "Azərreyl” (Azərbaycan) - 0:3 (10:25; 16:25; 18:25)
Hakimlər: Boyan Bardiç (Xorvatiya), Kristian Vanaveski (Estoniya)
Voleybol Mərkəzi
Qeyd edək ki, cavab qarşılaşması sabah saat 15:30-da başlayacaq.