Koreyanın Jeju şəhərində boks üzrə
qadınlar arasında dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, bu
gün rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb.
Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen
Çhia-Çunu məğlub edib. Bu Vıstropovanın dünya çempionatında ikinci qələbəsi
olub. Milli komandamızın üzvü ¼ finalda amerikalı Daniella Volfla qarşılaşacaq.
75 kq çəki dərəcəsində çıxış edən Leyla
Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.
Aynur Rzayeva da (81+kq) dünya
çempionatında ilk görüşdə rəqibinə uduzub. Həmyerlimiz rusiyalı Zemfira
Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.
Sabah boksçularımızdan Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.