
DÇ-2014-də ilk 2 1/8 finalçı məlum olub. Sportnet.az-ın məlumatına görə, B qrupunda 2-ci turun qarşılaşmalarını da qələbə ilə başa vuran Hollandiya və Çili vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edib.
Əvəzində 2008 və 2012-ci ilin Avropa, 2010-cu ilin dünya çempionu İspaniya millisi mundialla erkən vidalaşıb. Baş məşqçi Visente del Boskenin komandası əvvəlcə Hollandiyaya 1:5, ardından Çiliyə 0:2 hesabı ilə uduzub. Digər tərəfdən, həm Hollandiya, həm də Çili Avstraliyanı müvafiq olaraq, 3:2 və 3:1 hesabı ilə yenib. Hazırda hər iki qalib komandanın hesabında 6 xal var.
Son turda qaliblər və məğlublar bir-biriləri ilə qarşılaşacaqlar. Amma həmin oyunlarından nəticəsindən asılı olmayaraq, Hollandiya və Avstraliya B qrupunda ilk 2 yerin sahibi kimi 1/8 finalda iştirak hüququ qazanıb. İspaniya və Avstraliya isə qrupu xalsız başa vurmamaq üçün üz-üzə gələcəklər.
Qeyd edək ki, 1/8 finalda B qrupunun qalibi A qrupunda 2-ci yerin sahibi ilə, B qrupunun ikincisi isə A qrupunun lideri ilə qarşılaşacaq.