
"Xəzər Lənkəran"dan gedəcək və komandada qalacaq futbolçuların taleyinə klubdaxili iclasda aydınlıq gələcək. Klubdan Sportnet.az-a verilən məlumata görə, toplantı həftə ərzində baş tutacaq.
Iclasda klubun prezidenti, direktoru və baş məşqçi iştirak edəcək. Rəhbərlik yeni transferlərlə bağlı müzakirələr də aparacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" 2014/15 mövsümünü 7-ci pillədə başa vurub.







































































