
İsveçli futbolçu Zlatan İbrahimoviçin Azərbaycana gəlişinin səbəbi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, o, Bakıya dostu keçmiş qaydasız döyüşcü və ovçu Faiq Babanlının dəvətinə görə gəlib.
Babanlı "Sportbox"a açıqlamasında bildirib: "Biz Zlatanı buraya Azərbaycanı tanıtmaq üçün dəvət etdik. Ona Bakını və regionları göstərəcəyik. 3-4 gün ərzində burada olacaq, təbii ki, hansısa vacib iş üçün gedəsi olmasa. Bizim üçün İbrahimoviçin Azərbaycanı tanıması çox önəmlidir. Onun gəlişinin səbəbi Avropa Oyunları ilə əlaqəli deyil. Reklam çəkilişi də olmayacaq. Bunlar şaiələrdi. Sadəcə mən və dostum Asif İlyasov İbrahimoviçə Azərbaycanı gəzdirmək istədik. Zlatan ovu sevmir. O, daha çox ekstremal idman növlərinə meyillidir. Azərbaycanda da ov üçün elə də şərait yoxdur, şir yox, pələng yox (gülür)".
Qeyd edək ki, İbrahimoviçin ötən gecə Bakıya gəlişi haqda xəbər yayılmışdı.


Qeyd edək ki, İbrahimoviçin ötən gecə Bakıya gəlişi haqda xəbər yayılmışdı.








































































