Beynəlxalq Şahmat Federasiyası (FİDE) Bakıda fəaliyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyasının fəaliyyətini rəsmən tanıdığı elan edib.
Sportnet.az xəbər verir ki, V.Həşimov Şahmat Akademiyası FİDE tərəfindən beynəlxalq lisenziyaya layiq görülməklə ilkə imza atıb.
FİDE saytında 2021-ci ildə dünya üzrə beynəlxalq lisenziya verilən şahmat akademiyalarının siyahısı dərc olunub.
Ümumilikdə 36 akademiya-məktəbin yer aldığı siyahıda Azərbaycandan yalnız Vüqar Həşimov Şahmat Akademiyasının adı var. Qeyd edək ki, Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan Şahmat Akademiyasında hazırda 200-dən çox uşaq məşğul olur.
Dərslər hazırda ənənəvi və onlayn qaydada keçirilir.