Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Aimchess US Rapid" adlanan mərhələsində 1/4 final görüşlərinə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. İlk oyun günü Aronyanın qələbəsi ilə yekunlaşıb - 3:1. Məmmədyarov dörd partiyanın yalnız ikincisində qələbə qazana bilib. Qalan partiyalar isə rəqibin üstünlüyü ilə yekunlaşıb.
Təkrar qarşılaşma sentyabrın 1-də olacaq.