Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.
Sportnet.az-ın məlumatına görə, 39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində ABŞ idmançısı kimi göstərilib.
Aronyanın FIDE-nin saytındakı məlumatları da dəyişdirilib.
Qeyd edək ki, Levon Aronyan ABŞ-a köçmək barədə qərarını daha əvvəl açıqlayıb. Təcrübəli qrossmeyster qərarını dövlətin şahmata diqqət ayırmaması ilə əlaqələndirib.