
Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə nümunəvi çıxış baş tutub.
Sportnet.az xəbər verir ki, Köndələnçay su anbarında baş tutan tədbirdə avarçəkənlərin nümunəvi çıxışından əlavə maraqlı su şouları, uşaq və yeniyetmələr üçün viktorinalar və intellektual yarışlar keçirilib, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı yaradılıb.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikanın 20-dən çox ölkəsinin 200-dən çox idmançısı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 mayda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.