
Azərbaycan üzgüçüsü Rəşad Əlquliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, idmançı 400 metr qarışıq üsulla üzmədə buna nail olub.
Qeyd edək ki, ötən gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medal qazanıb.