Azərbaycan para-pauerliftinqçisi Pərvin Məmmədov İngiltərənin Mançester şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançı 146 kq nəticə ilə qalib olub. Bu, Məmmədovun Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını da artırıb.
Qeyd edək ki, fevralın 22-də digər para-pauerliftinqçi Şamo Aslanov mübarizə aparacaq.