Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirus pandemiyasının 2021-ci ilə təxirə salınan yarışa da təsirini istisna etmir.
Sportnet.az-ın məlumatına görə, bu barədə komitənin baş katibi Tosiro Muto "Associeted Press" agentliyinə açıqlamasında bildirib.
O deyib ki, gələn ilin iyulunadək virusun yayılmasının qarşısının alınacağı məlum deyil: "Əlbəttə, hazırda buna dəqiq cavab verə bilmərik. Oyunları 1 illik təxirə salmağı qərara aldıq. Bu, o deməkdir ki, həmin vaxta qədər edə biləcəyimiz olimpiadaya böyük səylə çalışmaqdır. Ümid edirəm ki, bəşəriyyət gələn il böhrandan çıxa biləcək".
Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.