Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.
Sportnet.az xəbər verir ki, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominges Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində bu nailiyyətə mza atıb.
Minsk-2019 II Avropa Oyunlarının qalibi Paris turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu 1/4 finalda rusiyalı İmam Xatayevi məğlub edib.
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.