İsrail millisinin beysbolçuları Yay Olimpiya Oyunlarının keçirildiyi Tokiodakı Olimpiya Kəndində idmançılar üçün hazırlanmış xüsusi çarpayılardan birini sındırıblar.
Sportnet.az-ın məlumatına görə, buna idmançıların çarpayı üzərində atılıb-düşmələri səbəb olub. Əvvəlcə Ben Vaqner karton yatacağın dözümlüyünü yoxlamaq qərarına gəlib və bununla bağlı çəkdiyi videonu tik-tok sosial şəbəkəsinə yükləyib. Ardınca isə beysbolçunun komanda yoldaşları çarpayının üzərinə çıxaraq, eyni vaxtda atılıb-düşməyə başlayıblar. Nəticədə 9 idmançının ağırlığına tab gətirməyən çarpayı sınıb.
Qeyd edək ki, 2,1 metr uzunluğunda çarpayılar 200 kq çəkiyə davamlı hazırlanıb. Bunlar idmançılara daha yaxşı istirahət imkanı verir və seksual hərəkətlərə ziddir. Çünki iki nəfərdən çəkisinə dözmür.
"נראה כמה ישראלים צריך כדי לשבור את אחת ממיטות הקרטון": סרטון טיקטוק שהעלה שחקן נבחרת הבייסבול של ישראל לטוקיו 2020, בן ווגנר, מראה את שחקני הנבחרת "בוחנים" את עמידות המיטות בכפר האולימפי, כשהם קופצים על אחת המיטות בחדר עד שהיא נשברת@lianwildau pic.twitter.com/ATfDU70lww
— כאן חדשות (@kann_news) July 27, 2021