
İspaniyalı tennisçi Paula Badosa Tokio-2020 Yay Olimpiya Oyunlarında Çexiya təmsilçisi Marketa Vondrouşovaya qarşı 1/4 final görüşünü başa vura bilməyib.
Sportnet.az-ın məlumatına görə, buna isti hava şəraiti səbəb olub. 3:6 hesabı ilə uduzduğu ilk setdən sonra qarşılaşmanı davam etdirə bilməyən Badosa kortu əlil arabasında tərk edib.
Daha əvvəl də bir neçə tennisçi Tokiodakı isti hava şəraitindən şikayətlənib.
Qeyd edək ki, olimpiadada tennis yarışları iyulun 31-də başa çatacaq.
Tristeza y dolor ????. Se nos rompe el corazón ???? al ver así a Paula Badosa.
— Eurosport.es (@Eurosport_ES) July 28, 2021
Ha tenido que abandonar por culpa de un tremendo golpe de calor. ¡Recupérate pronto, @paulabadosa! ???????? pic.twitter.com/iOkheciS68