
Tokio-2020 Yay Olimpiya Oyunlarında kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib.
O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.
Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.
----------------------------------------------------------------
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışına start verib.
Sportnet.az-ın məlumatına görə, idmançı kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada qüvvəsini sınayıb.
O, ilk günün yekununda 281 xal toplayıb. Lunyov hazırda 27 idmançı arasında 18-ci sıradadır. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Həlledici mərhələdə ən yaxşı nəticə göstərmiş 6 güllə atıcısı iştirak edəcək.
Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yeri tutub.