
Voleybol üzrə Dünya Liqasının İran - ABŞ matçına qadınlar buraxılmayıb. Sportnet.az-ın "The Guardian"a istinadən məlumatına görə, bu addımı İranın təhlükəsizlik xidməti əməkdaşları atıb.
Tribunalara nəinki qadın azarkeşlər, hətta xanım jurnalistlər də girə bilməyib. Halbuki ölkə rəhbərliyi bu yaxınlarda qadınların idman tədbirlərinə girişinə nəzarəti zəiflədib. Amma görünür, görkəmli dini qruplaşmaların təzyiqi altında nəzarət yenidən sərtləşdirilib.
Qeyd edək ki, görüş İran millisinin qələbəsi ilə yekunlaşıb - 3:0.







































































