
Qadın və kişi voleyboçuların Yüksək Liqasında qızıl medal uğrunda oyunların proqramı məlum olub.
Sportnet.az xəbər verir ki, qadın voleybolçuların yarışında birinci yer uğrunda “Azərreyl” və “Abşeron” komandaları, kişilərin mübarizəsində isə qızıl medal uğrunda “Azərreyl” və “Murov Az Terminal” klubları qarşılaşacaqlar.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
Final
21 aprel
Qadınlar (birinci oyun)
15:00. “Azərreyl” - “Abşeron”
GİN-nin Voleybol Mərkəzi
Final
22 aprel
Kişilər (birinci oyun)
15:00. “Azərreyl” - “Murov Az Terminal”
GİN-nin Voleybol Mərkəzi
Final
24 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Azərreyl” - “Abşeron”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası
Final
25 aprel
Kişilər (ikinci oyun)
15:00. “Murov Az Terminal” - “Azərreyl”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası