
Qadın voleybolçular arasında 2025/2026 mövsümündə Yüksək Liqada ilk qarşılaşma keçirilib.
Sportnet.az xəbər verir ki, açılış oyunu Gəncə şəhərində eyniadlı komanda ilə “AZERRAIL” arasında baş tutub.
Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. “AZERRAIL” komandası oyunu 3:2 hesabı ilə qalib başa vurub.
Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutacaq. I turun “DH Volley” - “Abşeron” və “Gənclər” - “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq - liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
Yüksək Liqa
I tur
14 oktyabr
“Gəncə” - “AZERRAIL” 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15)