
"Neftçi" komandası basketbol üzrə Avropa Kubokunun qrup mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Polşada "Trefl"in qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 92:63 (27:14, 20:20, 21:13, 24:16).
"Neftçi"nin heyətində ən çox xalı Marko Sinik toplayıb. O, komandasına 15 xal qazandırıb.
Qeyd edək ki, Avropa Kubokunda Azərbaycanın daha bir təmsilçisi Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək. Oktyabrın 16-da Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlanacaq.