Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
Sportnet.az xəbər verir ki, 12-16 may tarixlərində baş tutan hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Bu qarşılaşmaların hər ikisi millinin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komandamız bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq komandanın burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.















































































