"Bu xəbər məni özümdən çıxardı. Hamıya demək istəyirəm ki, mənim şəxsi həyatım toxunulmazdır". Sportnet.az-ın məlumatına görə, bu barədə Lady Day.Az-a Azərbaycan milli komandasının və "Azəryol" klubunun voleybolçusu Valeriya Məmmədova (Korotenko) açıqlama verib.
O bildirib ki, bətnindəki körpəsini itirdiyi barədə xəbər həqiqəti əks etdirmir: "Bu məlumatdan şoka düşmüşdüm. Əvvəlcə xəbərim yox idi. Sonradan həyat yoldaşım zəng edərək dedi. Bu gün yoldaşımın, valideynlərimin və dostlarımın telefonları susmayıb. Onlar heyrətləniblər və narahat olublar. Axı hadisələrin əsl mahiyyətini bilirlər".

Qadın voleybolçumuz çoxdan ailə qurmasına baxmayaraq, hələ ana olmadığını söyləyib: "Hər bir qadın kimi mən də övlad arzusundayam. Hələ ana olmaq xoşbəxtliyi mənim qapımı döyməyib. Ancaq hər şey irəlidədir. Hamilə olmamışamsa, övladımı necə itirə bilərəm? Bu xəbər məni özümdən çıxardı. Hamıya demək istəyirəm ki, şəxsi həyatım toxunulmazdır. Həyatımda baş verənlərin heç kimə dəxli yoxdur. Hamilə olmağım, övlad sahibi olmağım yalnız mənə və ailəmə aiddir. Heç kimə icazə vermərəm ki, şəxsi həyatımı müzakirə mövzusuna çevirsin. Başa düşmürəm ki, bu xəbər haradan çıxıb? İdmançı karyeram ərzində ilk dəfədir ki, belə hadisə baş verir".
Qeyd edək ki, Valeriya Korotenko Azərbaycan milli komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatının seçmə oyunlarına aparılmayıb. Səbəb kimi Korotenkonun analıq məzuniyyətinə çıxması göstərilib.