1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərreyl"dən asan qələbə - YENİLƏNDİ
Bu gün qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Fransa "Sent-Rafael"i olacaq.
İki komanda artıq IV tur çərçivəsində Fransada üz-üzə gəliblər ki, bu da oyunların yerinin dəyişdirilməsi ilə əlaqədardır. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən "Azərreyl" bu dəfə də qələbə qazanacağı təqdirdə, "pley-off" mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Famil Ağayevin baş məşqçi olduğu komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Fransa klubuna uduzsa belə, pley-off şansını itirməyəcək.
Çempionlar Liqası
C qrupu, III tur
9 fevral
18:00. "Azərreyl” (Azərbaycan) - "Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)
Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. "Azərreyl” Voleybol Mərkəzi
Xal durumu: 1."Fənərbağça" (Türkiyə) - 9, 2."Azərreyl" (Azərbaycan) - 6, 3."Dabrova Qornitsa" (Polşa) - 3, 4."Sent-Rafael" (Fransa) - 0.
Qeyd edək ki, Çempionlar Liqasında A qrupunda yer alan Azərbaycanın digər təmsilçisi "Telekom" yanvarın 8-də İtaliyanın "Modena" klubuna uduzmaqla pley-off mərhələsinə vəsiqə şansını əldən verib.