Milli Basketbol Assosiasiyasının (NBA) 5 qat çempionu Dennis Rodman KXDR səfərindən danışıb.
Sportnet.az-ın məlumatına görə, əfsanəvi basketbolçu 2013-cü ilə təsadüf etmiş səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşünə diqqət çəkib. Rodman həmin görüşü belə nəql edib:
- O soruşdu: Ölkəm xoşuna gəlir?" Cavab verdim: "Bəli, hər şey xoşuma gəlir, yüksək səviyyədədir". Xatırlayıram, biz şam yeməyi vaxtı çox sərxoş idik. O, karaoke oxumağa başladı. Amma bilmirəm ki, nə oxuyurdu.
Rodman onu da bildirib ki, gecənin sonuna yaxın zala 18 seksual qız daxil olaraq, 1970-ci illərin "Dallas" teleşousundan kompozisiya ifa edib.