Qadınlardan ibarət "Azerreyl" voleybol komandasının yeni mövsümə hazırlıq planı bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Famil Ağayev məlumat verib.
O, hazırlıqlara avqustun 5-də başlamaq istədiklərini söyləyib. Mütəxəssis vaxtın karantinə görə dəyişə biləcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, "Azerreyl" yeni mövsümündən Çağırış Kubokunda iştirak etmək niyyətindədir.