Venesuela tennisçisi Roberto Maytin 14 illik diskvalifikasiya olunub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı idmançı "Tennis Integrity Unit" tərəfindən antikorrupsiya qaydalarını pozduğu üçün cəzalandırılıb.
O, həmçinin 100 min ABŞ dolları məbləğində cərimələnib.
Maytin 2017 və 2018-ci illərdəki əməllərinə görə ittiham olunub, lakin qərardan apellyasiya şikayəti verməyib. Onun bir neçə dəfə mövcud qaydaları pozduğu iddia edilir.
Tnnisçisin məşqçilik etməsi və ya hansısa tennis yarışına qatılması da qadağan olunub. İdmançının cəzası martın 29-dan qüvvəyə minib.
Qeyd edək ki, Roberto Maytin dünya reytinqində 179-cu sırada qərarlaşıb.