Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Sloveniyaya yola düşüb. Sportnet.az-ın məlumatına görə, baş məşqqçi Faiq Qarayevin komandası 2016 Avropa Çempionatının II seçmə mərhələsinə hazırlığı Adriatik dənizi sahilində davam etdirəcək.
Yığmamız Sloveniya millisi ilə bir neçə yoldaşlıq görüşü keçirdikdən sonra Bolqarıstana yola düşəcək. İkinci təsnifat mərhələsində Azərbaycan millisində hücumçular – Anastasiya Qurbanova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Polina Rəhimova, blokçular – Kseniya Kovalenko, Ayşən Abduləzimova, Yelena Parxomenko, toppaylayıcılar – Oksana Parxomenko, Natəvan Qasımova, liberolar – Oksana Kiselyova və Ceyran Əliyeva mübarizə aparacaq.

Qeyd edək ki, yığmamız 22 – 24 mayda Yunanıstan, Portuqaliya və ev sahibi olann Bolqarıstan milliləri ilə qarşılaşacaq. Cavab oyunları isə 29 – 31 mayda Bakıda keçiriləcək.